Mənim şerlərim

 

Tanrı yazıb şerini

Deyirsənki bir şer qoş

Mənə aid şer yaz

Mən səninçün nə yazım

Tanrı yazıb şerini

Sənin şerin yazılıb

O al yanaqlarında

Mənalı gözlərində

Kövrək dodaqlarında

Nə şeri yazım sənə

Tanrı yazıb şerini

Ay gözəlin balası

Deyim ki mən bir nərəm

Tanrının yazdığından

Gözəl yaza bilmərəm

Mümkün deyil ki açmaq

Gözəlliyin sehrini

Mən yazmağım artıqdır

Tanrı yazıb şerini

 

 

 

 

Gözəlim

Qızıl gülü mən dərmərəm

Sənsiz mənim şux gözəlim

Dərdli Məcnun tək gəzərəm

Yollara bir bax gözəlim

 

Sənsiz mən dözə bilmərəm

Sənsiz həyatı neylərəm

Sənsiz bağrımı teylərəm

Çəkmə mənə dağ gözəlim

 

Ürəyimi aşdım sənə

Əfsus dönük çıxdın mənə

Yəllarına düşdüm yenə

Etdin məni lal gözəlim.

 

 

 

Qəm çəkərək bu dünyada

Məhəbbəti verib yada

Sən atmısan məni oda

Sənsiz ömrüm gedib bada

Qəm çəkərək bu dünyada

 

Çox incidib atdın məni

Ürək demir sən deyəni

Axı necə sevim səni

Qəm çəkərək bu dünyada

 

Sevincimi kədər aldı

Çəkib məni dərdə saldı

Raşmil indi tənha qaldı

Qəm çəkərək bu dünyada

 

 

Sən məndən qopan günü

Sən məndən ayrılanda

Buludlar da ağladı

Çəkdi məni bağrına

Taleyim qucaqladı

Bəlkə son qəmimdi bu

İndi mən anladım ki

Mənimçün qənimdi bu

Heç cürə tapammıram

Nə əlacı, nə yönü

Bir dəliyə dönmüşəm

Sən məndən qopan günü

 

Güllər açıb telində

Ceyranmı doğub səni

Qız bu qədər gözəlsən

Qorxuram bədqurların

Gözlərinə gələrsən

Bir dəstə gül yığmısan

O incə əllərinlə

Gülləri neyləyirsən?

Güllər açıb telində

Atan dağlar oğludur

Özün ceyran balası

Buna bir şübhəm yoxdur

Gülər üzlü qadası

Sənin tayın tapılmaz

Öz yurdunda, elində

Gülləri neyləyirsən

Güllər açıb telində.

 

Сайт Ñоздан в ÑиÑтеме uCoz